
Ermənistanın qərbində yerləşən Armavir (Oktomberyan) şəhərinin keçmiş meri Ruben Xlqatyan Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda minaya düşüb.
ANS PRESS-in məlumatına görə, onun sürücüsü həlak olub. Merlə yanaşı iki nəfər də yaralanıb. Yaralılar helikopterlə İrəvana xəstəxanaya aparılıb.
Hadisə o "Vilis" markalı maşında gedərkən baş verib.
Xatırladaq ki, bir necə gün öncə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə yolları minalamağı təklif etmişdi. O, bu yolla azərbaycanlılardan qorunmağı düşünürdü.