
Nəsiminin Suriyanın Hələb şəhərindəki qəbri dağıdılıb. Lent.az-ın məlumatına görə, bu barədə Suriya Türkmən Cəbhəsi məlumat yayıb. Məlumata görə, Nəsiminin qəbri olan qəbrstanlıq Hələbin əl-Ferafiyə adlanan məhəlləsində yerləşir. Hazırda həmin ərazi terrorçu “Əl-Qaidə”yə yaxın “Əl-Nüsrə” Cəbhəsinin nəzarətinə keçib. “Vəhabilər qəbrstanlığı viran ediblər, Nəsiminin qəbri də daxil olmaqla minlərlə qəbir dağıdılıb”.
http://www.youtube.com/watch?v=GLH3-cxt1Wc#t=25