Azərbaycanda 6305 nəfər Türkiyəyə prezident seçkilərinə səs verəcək

Türkiyədəki prezident seçkiləri ilə bağlı Azərbaycanda keçiriləcək səsvermədə 6305 nəfər iştirak edəcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər. Artıq Bakı, Gəncə və Naxçıvan şəhərlərində səsvermə məntəqələri yaradılıb. Bakıda Türkiyə səfirliyində 5611, Gəncədə yerləşən konsulluqda 403, Naxçıvandakı konsulluqda isə 291 nəfərin səs verməsi gözlənilir.
Səfirlikdən qeyd ediblər ki, Azərbaycanda keçiriləcək seçkilər avqustun 3-də saat 08:00-dan 17:00-dək davam edəcək.

əsas linklər