Gürcü azarkeşlər Azərbaycana qarşı həddi aşdılar-FOTO

AFFA və PFL prezidentləri gürcülərdən izahat tələb etdi

“Neftçi” – “Çixura” oyunundakı qalmaqal AFFA və PFL rəhbərlərinin hiddətinə səbəb olub. Gürcü fanatların Azərbaycanın üç rayonunu – Zaqatala, Balakən və Qaxı Gürcüstan ərazisi kimi göstərən xətirə açması Rövnəq Abdullayevlə Ramin Musayevi özündən çıxarıb.

Onlar qarşılaşmadan dərhal sonra “Çixura”nın prezidenti Nodar Meqreleşvilini “Bakcel Arena”nın alt qatına çağıraraq ona öz kəskin etirazlarını bildiriblər və izahat tələb ediblər.

Gürcüstan klubunun prezidenti baş verənlərə görə üzr istəyib.

//ANS Press

əsas linklər