Dünən Ermənistanın nəqliyyat naziri Qaqik Beqlaryan və İranın bu ölkədəki səfiri Məhəmməd Rəisi arasında görüş keçirilib.
Avropa.info-nun verdiyi xəbərə görə, tərəflər iki ölkə arasında dəmir yol xəttinin inşa məsələsini müzakirə ediblər. İran səfiri bildirib ki, ölkəsi hazırda müasir dəmir yol xətti inşa etməkdədir. Onlar bu xətti Ermənistan sərhədinə doğru yönəldiblər. Rəisinin sözlərinə görə, bu dəmir yol xətti iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişafına səbəb olacaq.
Ermənistanın Nəqliyyat naziri də öz növbəsində ölkəsinin İranla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və qeyd edib ki, Ermənistan hökiməti yaxın vaxtlarda Ermənistanı İranla birləşdirəcək dəmir yol xəttinin inşasına başlayacaq.