İran: "Erməni-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur"
 İran Ermənistan və Azərbaycanı razılaşmanın əldə edilməsi üçün danışıqlara çağırır.


APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxam çıxış edib.

 

M. Əfxam qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin güc yolu ilə həlli yoxdur.

 

Toqquşmalar zamanı itkilərin olmasından təəssüfləndiyini deyən diplomat tərəfləri təmkinli olmağa çağırıb.

əsas linklər