Ceyms Uorlik: “Prezidentlər Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı”
“Avqustun 10-da Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün prezidentlər Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı”.


 Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Soçi görüşünün nəticələrinə dairAPA-nın sorğusuna cavabında deyib.  

 

C. Uorlik prezidentlərin dialoqun davam etdirilməsi və münaqişənin sülh yolu ilə həll olunmasına dair öhdəliklərini təsdiqləməsindən xüsusilə məmnun qaldığını söyləyib: “Ümid edirik ki, təmas xəttində vəziyyət sabitləşəcək və tərəflər siyasi iradəyə arxalanaraq münaqişənin həllinin tapılmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləyəcəklər”.

əsas linklər