Naxçıvanda həlledici görüş

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Naxçıvanda təşkil edilən görüşü bu gün də davam edir.

ANS TV-nin məlumatına görə, nazirlərin üçtərəfli görüşünün bu gün baş tutması gözlənilir. Ötən gün müdafiə naziri Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib. Geniştərkibli görüşdə Zakir Həsənov Gürcüstanla aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb. Hərbi əməkdaşlığın yüksək templə inkişaf etdiyini və bu əlaqələrin daimi olacağını qeyd edib.

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla görüşdə isə Zakir Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib. 

Hər iki görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı məsələlərin müzakirə edildiyi xəbər verilir.

əsas linklər