“Qarabağ" Hollandiyada tarix yazdı

Ağdamın "Qarabağ" klubu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

 "Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Tvente"nin qonağı olub.

Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıdıb. Oyun 1:1 hesabı ilə başa çatıb (Kastanyos, 37 (1:0), Muarem Muarem, 51 (1:1).

Xatırladaq ki, 2009/2010 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan "Qarabağ" Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.

"Neftçi" isə öz meydanında Serbiyanın "Partizan" klubuna 1:2 hesabı ilə uduzaraq Avropa Liqasındakı mübarizəsini dayandırıb.

əsas linklər