Güney Azərbaycanda 22 gündür aclıq aksiyası davam edir


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İranda yaşayan Azərbaycanlıların hüquqlarının pozulmasına görə mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan partiya sədri Mahmud Bilgin bildirib ki, İran adlanan yerdə 5 milli fəalın qeyri qanuni həbsi davam edir: "Lətif Həsənli Yürülibş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehrin hər birinə 9 il həbs veriblər. Onlar qanunsuz həbs edilməklərinə etiraz olaraq aclıq aksiyasına başlayıblar. Bu gün həmin aclığın 22-ci günüdür. Həbsdəki mücadilə yoldaşlarımız 15 kiloqram arıqlayıblar. Lətif Hüseyyni infarkt keçirdiyindən durumu təhlükədədir. Yürüş Mehrəlibəylinin onurğasında Mahmud Fəzlinin isə prostat vəzində problem var. Behbud Quluzadə böyrək ağrısından, Şəhram Radmehr isə, sinir sistemindəki problemlərlə əlaqədar baş ağrılarından əziyyət çəkir. Alınmış son məlumatlara görə, fəalların problemləri getdikcə daha da ağırlaşır".

 

 

əsas linklər