
"Uels sammitində qəbul edilən bəyannamə Ermənistnanın xeyrinə ola bilməz".
ANS PRESS-in məlumatına görə, bu barədə erməni politoloq Ayk Martirosyan deyib. O bildirib ki, NATO-nun qəbul etdiyi sənəddə post-sovet ölkələrində həll olunmamış ərazi problemlərinin olduğu qeyd edilib.
"Faktiki olaraq, 30-cu bənd buna həsr edilib. Sənəddə regiondakı ölkələrin ərazi bütövlüyü və suverenliyinin müdafiəsi nəzərdə tutulub. Həmin bəyannamə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bəyanatın gizli bəndlərində Ermənistanda Rusiya təsirinin zəifləməsi məsələsi də nəzərdə tutulub. NATO bunun üçün mübarizə aparacaq".
Politoloq qeyd edir ki, bu sənəd ikinci soyuq müharibənin hüquqi əsaslarını əsas tutaraq Qərbin Rusiya qarşı qəti qərarlar verməsinə imkan yaradır. Bütün kontekstlərdə, xüsusi ilə Rusiya ehtimalı ilə bağlı olan 30-cu bənddə nəzərdə tutulanlar Ermənistan üçün son dərəcə əlverişsizdir.
"Ermənistan artıq öz qərarını verib və Rusiyanın tam təsiri altında qalacaq. Bu o deməkdir ki, müəyyən mənada, Rusiya Ermənistana qarşı hücumları, özlərinə qarşı edilmiş qəbul edəcək. Digər tərəfdən, Ermənistan-Azərbaycan arasında gözlənilən müharibə şübhəsiz ki, Ermənistanın regional və beynəlxalq oyunçular aralarındakı "haqq-hesabı"nın mərkəzi olacaq. Bu isə Ermənistan üçün olduqca təhlükəli vəziyyətdir".
Politoloq Ermənistanın NATO ilə həmişə səmimi və dostluq münasibətləri saxlamağa borclu olduğunu deyir. Ayk Martirosyanın fikrincə İttifaqın əsas oyunçulardan biri olan Türkiyə Ermənistanın bilavasitə qonşusudur və buna görə Ermənistan ehtiyatlı addımlar atmalıdır.