İranın yeni hökuməti Qərbin sanksiyalarını aradan qaldırmaq niyyətindədir

 

Ruhani həmçinin deyib ki, o, Qərbin sanksiyalarının aradan qaldırması istiqamətində işləyəcək.

Yeni prezident əlavə edib ki, onun hökuməti ekstremizmdən və radikal baxışlardan uzaqlaşacaq.

Bundan başqa, o, iyunun 14-nü [prezident seçkiləri günü] demokratiyanın təzahürü kimi adlandırıb və seçicilərin yüksək səviyyədə iştirakına məmnunluğunu bildirib.

Əli Xamenei deyib ki, Ruhani təcrübəli siyasətçidir və otuz ildən artıq dövlət xidmətindədir.

Ruhani ikinci prezident müddəti şənbə günü başa çatan İran prezidenti Mahmud Əhmədinejadı vəzifəsində əvəz edib. And içmə mərasimi bazar günü parlamentdə keçəcək. İranın xarici işlər nazirliyinin məlumatına görə, ilk dəfə mərasimdə iştirak etmək üçün dəvətnamələr 55 xarici nümayəndə heyəti göndərilib.

İnauqurasiya mərasimində on bir prezidentin, iki baş nazirin, səkkiz vitse-prezidentin və yeddi parlament başçılarının iştirak etməsi gözlənilir.

əsas linklər