
Türkiyənin nüfuzlu ali təhsil qurumlarından olan “Qazi” universitetində “Hamı Yatanda: Anadoludan Qafqaza erməni zülmü” (Herkes Uyurken; Anadolu’dan Kafkasya’ya Ermeni Zulmü) adlı beynəlxalq afişa müsabiqəsi keçirilir. ANS PRESS-in məlumatına görə, bu barədə universitetin rəsmi saytında xəbər yayılıb.
Müsabiqənin adının “Hamı Yatanda” – sözüylə başlaması, ermənilərin tarix boyu Anadoluda və Qafqaz regionunda, habelə XX əsrin sonunda Dağlıq Qarabağda, xüsusilə Xocalı şəhərində törətdiyi soyqırmına dünya ictimaiyyətinin səssiz qalmasına diqqəti cəlb etmək üçündür.
Müsabiqə hamının iştirakı üçün açıqdır.
Müsabiqəyə ilk müraciət tarixi 08.10.2014, son müraciət tarixi isə 05.01.2015-ci ildir.