Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Gələn il Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edəcək.


Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, 21-22 may 2015-ci il tarixində Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək.

 

Forum BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Heydər Əliyev Fondu, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO və Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

əsas linklər