Azərbaycan əhalisi 9,6 mln. nəfərə çatır
 Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 75,4 min nəfər və ya 0,8% artaraq sentyabr ayının 1-nə 9 552,5 min nəfərə çatıb.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2%, kənd əhalisinin xüsusi çəkisi isə 46,8% təşkil edir, 49,7% kişilərdən, 50,3% qadınlardan ibarətdir.

 

Əhalinin 22,4%-i 0-14 yaşda, 71,8%-i 15-64 yaşda, 5,8%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1011 nəfər qadın düşür.

əsas linklər