Gürcüstan Müdafiə Naziri azərbaycanlıların iftarında iştirak etdi

Gürcüstan Müdafiyə Naziri İrakli Alasania, Baş Qərərgah İdarəsinin Rəisi İrakli Dzneladze dünən Marneuli  əsgəri  hava üssündəki azərbaycanlı əsgərlərin iftarında iştirak etdi.

Müdafiyə Naziri, Gürcüstan müsəlmanlarının Mübarək Ramazan ayını və Ramazan Bayramını təbrik edərək, bu bayramın bütün Gürcüstanın bayramı olduğunu qeyd etdi, əsgərlərə birlik-bərabərlik mesajı verdi.

İrakli Alasania çıxışının devamında, məcburi əsgərlik bitdikdən sonra profesyonal olaraq əsgərliyə devam etmək istəyənlər üçün hər cür şəraitin yaradılacağını söylədi.

İftara axund Vaqif Qasımov da iştirak edərək xeyir-dua verdi.

Qeyd etmək lazımdır ki, Gürcüstan Müdafiyə Nazirliyi oruc tutmaq istəyən əsgərlər üçün hər cür imkanı yaradır.

əsas linklər