
Azərbaycanın işğal altındakı torpaqlarında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.
Modern.az saytının İctimai televiziyanın "Çarçı" xəbərlər proqramına istinadən verdiyi məlumata görə bu barədə Azərbaycanın Avropa İnsan Haqları məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib .
O qeyd edib ki, girov saxlanılan soydaşlarımızla bağlı lazımı sənədlər toplandıqdan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim azərbaycanlı girovlara qarşı irəli sürdüyü qondarma ittihamlar əsasında onların “məhkəməsi”ni həyata keçirir.