
“Resisson-Slavyanskaya otel” şirkətinin və Mixail Vasilyevin biznes-mərkəzinin direktor müavininə qarşı şantajda ittiham olunan Azərbaycan əsilli hüquqşünas bundan sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilməyəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Elman Paşayev bir müddət əvvəl Moskva dairəsinin Qərb administrasiyasının İstintaq Komitəsinin istintaq idarəsinin binasında qalmaqal salıb. Hüquqşünas müstəntiqlərə deyib ki, “Redisson-Slavyanskaya”nın top-meneceri ilə görüşdən sonra onu “Evropeyski” ticarət mərkəzində döyüblər və buna görə dövlətdən müdafiə olunmasını tələb edib.
Mixail Vasilyev isə iddia edir ki, Elman Paşayev döyülməsi ilə bağlı hadisəni uydurub və şantajla məşğuldur. Top-menecerin sözlərinə görə, Paşayevi ilk dəfə bir müddət əvvəl həyat yoldaşı Qalina və qızı Natalya ilə bir yerdə görüb.
Vasilyev arayışında qeyd edib ki, vəkil daima tanınmış adamların boşanma proseslərində qalmaqallı hadisələr uydurur. Onun fikrincə, Paşayev Qalinaya yaxınlaşmaqda məqsədi onun mülkiyyətinə və aktivlərinə olan maraqdan irəli gəlir. Bundan bir qədər sonra isə Mixail Vasilyevin arvadı boşanmaq qərarına gəlib və onun maraqlarını həmin prosesdə Elman Paşayev müdafiə edib.
Elman Paşayevin vəkillik fəaliyyətinə xitam verilməsi haqda qərar Krasnodar diyarının Vəkillər Palatasında çıxarılıb.