Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə çıxış edəcək

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisin qonağı olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən APA-ya məlumata görə, H. Ruhaninin parlamentdə deputatlar qarşısında çıxış edəcəyi planlaşdırılır.

 

Qeyd edək ki, H. Ruhani Azərbaycana noyabrın 12-də səfər edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə 10 sənədin imzalanması gözlənilir. 

əsas linklər