ABŞ və ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində Ermənistan ordusuna məxsus döyüş helikopterinin vurulması ilə nəticələnən insidentə münasibət bildirib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, qurumun sözçüsü Cennifer Psaki hadisəni belə şərh edib: “Son hadisələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərimizi ikiqat artırmağın, o cümlədən gərginliyi azaltmağın və atəşkəs rejiminə riyaət etməyin zəruriliyinə dair daha bir xatırlatma oldu”.

 

ATƏT-in Baş katibi Lamberto Zaniyer isə deyib ki, ATƏT Dağlıq Qarabağda helikopterin vurulması ətrafındakı hadisələrdən narahatdır: “ATƏT hesab edir ki, bu cür insidentlər böhranın miqyasını genişləndirə bilər. Biz Dağlıq Qarabağda və Dağlıq Qarabağın hüdudlarından kənarda baş verən hadisələrdən çox narahatıq. Bu cür hadisələr onsuz da qeyri-stabil olan vəziyyəti daha da gərginləşdirə bilər”.

əsas linklər