
Bunu İran-Ermənistan Ortaq Ticarət Palatasının rəhbəri Leon Aharoniyan bildirib. O deyib ki, yaxın aylarda İrəvan şəhərində İran xüsusi sərgisi keçiriləcək: “Sərgidə İranın ən seçmə ixracat məhsulları ermənilərə təqdim ediləcək, inşaat malları, texniki və mühandislik xidmətləri, neft-kimya məhsulları, kənd təsərrüfatı məhsulları və dərman preparatları tanıdılacaq. Məqsəd erməni investorların diqqətini cəlb etmək və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir”. L.Aharoniyan iki ölkə arasındakı 380 mln. dollarlıq ticarət dövriyyəsinin həcmini 1 mlrd. dollara yüksəltməyi də qarşılarına məqsəd qoyduqlarını vurğulayıb.