“Gəlin özümüzü aldatmayaq”

Vəfa Quluzadə: “ATƏT-in Minsk Qrupu indiyə qədər heç bir irəliləyişə imza atmayıb”

“Düşünürəm ki, eyni ssenari yenidən davam edəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir rol oynamayacaq”. Bu sözləri Editor.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Mustafa Ceyms Uorlikin ATƏT-in Minsk Qrupuna həmsədr təyin olunmasına münasibət bildirərkən belə söyləyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu indiyə qədər heç bir irəliləyişə imza atmayıb: “Biz yalnız həmsədrlərin qarşılıqlı səfərlərini və verdikləri növbətçi bəyanatları müşahidə etmişik. Bu məsələyə şərh vermək belə düz deyil. Çünki ABŞ-da diplomatlar iki ildən artıq bir yerdə işləmir. Onların yerlərini tez-tez dəyişirlər. Bu da növbəti yerdəyişmədi. Bunun ATƏT-in Minsk Qrupunun işinə heç bir təsiri olmayacaq. Gəlin özümüzü aldatmayaq. Onlar yalnız atəşkəsi necə pozmamaq barədə tövsiyələr verə bilər ki, bu da torpaqların işğalda qalmasına xidmət edir”.

əsas linklər