
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün Moskvada keçirilən şura iclasında 22 sənəd imzalanıb.
KTMT-ya üzv ölkələrin prezidentləri regionda təhlükəsizlik məsələləri ilə bağlı bəyanat da qəbul ediblər.
Prezidentlərin terrorizm risklərinin artmasından narahatlıq öz əksini tapıb. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsi də vurğulanıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyanat barədə məlumat verib:
“Bəyanatda Əfqanıstan amilini nəzərə alaraq, Mərkəzi Asiyada ekstremizmin yayılması, Ukraynada sülhün bərpası, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, regional məsələlər üzrə mövqelər təsbit edilir”.
Qeyd edək ki, KTMT-ya Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan üzvdür./modern.az/