Ermənilər işğal etdikləri Dağlıq Qarabağın təbii ehtiyatlarını talamaqda davam edirlər

 Ermənilər işğal etdikləri Dağlıq Qarabağ bölgəsinin təbii ehtiyatlarını talamaqda davam edirlər.

APA-nın “NEWS.am”a istinadən yaydığı məlumata görə, qondarma “DQR prezidentinin” müşaviri Qriqori Qabrielyants bildirib ki, “Dağlıq Qarabağ hökumətinin əsas proqramlarından biri qeyri-metal xassəli təbii ehtiyatların axtarışıdır”.

Ermənilər işğal dövründə Dağlıq Qarabağda mərmər, tuf daşı, inşaat daşı yataqlarını mənimsəməyə başlayıblar.

Qriqori Qabrielyants Dağlıq Qarabağda ağ mərmər yataqlarındakı ehtiyatların milyonlarla kubmetr olduğunu deyib.

əsas linklər