Azərbaycanda axtarışda olan 2553 nəfər tutulub

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 2014-cü il ərzində 2553 nəfər axtarışda olan şəxs tutulub.

272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildiriblər.

Xatırladaq ki, 2013-cü ildə isə Azərbaycanın dövlət sərhədini pozduğuna görə 515 nəfər, sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 18159 nəfər Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

əsas linklər