Çöhrəqanlı: “Avqustun 15-i Bakıda olacağıq”

Avqustun 15-də Azərbaycana səfər gəlməyə hazırlaşan Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlıya və oğlu Alparslan Çöhrəqanlıya hələ də viza verilməyib. Alparslan Çöhrəqanlının AzNews.az-a verdiyi məlumata görə, bu gün və ya ən gec avqustun 14-də Vaşinqton vaxtıyla 12-yə qədər vizaların verilməsinə ümid edirlər:

“Səfirlikdən bildiriblər ki, viza ilə bağlı heç bir problem görmürlər. Sadəcə vizanın verilməsi üçün bu zaman normaldır. Biz tələb edilən bütün sənədləri səfirliyə təqdim etmişik. Səfərlə bağlı Vaşinqtondakı konsulla doktor Çöhrəqanlının söhbəti olub. Ümid edirik ki, 7 ildən sonra vətən oğullarının üzünə qardaş qapıları açılacaq. Bakı vaxtı ilə avqustun 15-i, saat 21:30-da Bakıda olacağıq”. 

əsas linklər