
Bu gün Tehranda məktəbəqədər təhsil (bağça) və digər təlim-tərbiyə müəssisəsinin işçiləri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.
Buna səbəb onların məşğulluq vəziyyəti ilə bağlı yaranmış problemdir.
Piket iştirakçıları işdən azad edilmələri və təlim-tərbiyə müəssisələri ilə əməkdaşlıqlarına son qoyulmasına etirazlarını bildiriblər.
Bu addım isə İranın keçmiş məktəbəqədər təhsil və təlim-tərbiyə naziri Həmid Hacıbabayinin dövründə atılıb.
Aksiya iştirakçıları əvvəlki iş yerlərinə qaytarılmalarını, İran Əmək, Kooperativlər və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlarla əmək müqaviləsi bağlamasını və sığorta ilə təmin edilmələrini istəyiblər.