“Qarabağ münaqişəsini böyük müharibəsiz həll etmək olmaz”

Tez, yaxud gec, Qarabağ münaqişəsinin gərginləşməsi real müharibəyə gətirib çıxaracaq.Modern.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Xramçixin deyib. Onun sözlərinə görə, situasiyanın gərginləşməsi ötən ildən açıq şəkildə hiss olunur: “Tez, yaxud gec, gərginləşmə real müharibəyə səbəb olacaq. Böyük müharibəsiz Qarabağ münaqişəsinin həlli mümkün deyil”.

Onun fikrincə, bütün oxşar insidentlərə səbəbi öz-özlüyündə Qarabağdakı situasiyadır: “Qeyri-adi heç nə baş vermir, situasiyanın bundan sonra gərginləşməsi tendensiyası da qaçılmazdır”. 

əsas linklər