Ermənistan mayoru Kəlbəcərdə öldü

Dünən axşam  Kəlbəcər  rayonu ərazisində 3 Ermənistan  hərbçisi  avtomobil  qəzasına  uğrayıb. Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Qəza  nəticəsində  maşında olan  mayor Artur Vartevanyan  yerində  keçinib. İkinci  mayor  Karen  Simonyan  ağır  vəziyyətdə  Muraçan  hospitalına, baş  leytenant  Lavrent  Hakopyan  isə hərbi  hissənin  tibb mərkəzinə  yerləşdirilib.  

Yaralıların son durumu  barədə  hələ ki, məlumat verilmir.

əsas linklər