Zeybəkçi Bakıya gəlir

 Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin dəvəti ilə bu gün paytaxtımıza rəsmi səfərini reallaşdıracaq. 

Nazirlikdən verilən açıqlamada Zeybəkçinin səfər çərçivəsində həmkarı Şahin Mustafayev və baş nazirin müavini Abid Şərifovla bir araya gələcəyi bildirilir. 

Tərəflər hər iki ölkə arasında iqtisadi əməkdaşlığın bundan sonrakı perspektivlərini müzakirə edəcəklər.

Qeyd edək ki, N.Zeybəkçinin Türkiyə Cümhuriyyətinin Bakı Səfirliyində türk işadamları ilə də görüşü gözlənilir.

əsas linklər