İkili vətəndaşlar üçün ərizə-anket forması təsdiqlənib

Nazirlər Kabineti “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket”in formasını təsdiq edib.

APA-nın məlumatına görə, formada şəkil üçün yer, xarici dövlətin vətəndaşlığını əldə etmiş Azərbaycan vətəndaşının soyadı, adı, atasının adı, vətəndaş soyadını və ya adını dəyişibsə, səbəbləri göstərilməklə əvvəlki soyadı və ya adı, doğulduğu tarix (gün, ay, il), doğulduğu yer, milliyyəti, cinsi, ailə vəziyyəti (nikahda, dul, subay), Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədin seriyası və nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il) əksini tapmalıdır.

Eyni zamanda ərizə-anket formasında Azərbaycan vətəndaşının vətəndaşlığını qəbul etdiyi xarici dövlətin rəsmi adı, vətəndaşlığı əldə etməyinə əsas da əksini tapmalıdır. Bu əsaslar sırasında ərizə-anket formasında Azərbaycan vətəndaşının həmin xarici dövlətin ərazisində doğulduğu, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslara görə və başqa əsaslara görə bəndlərindən biri qeyd olunmalıdır.  

Sənəddə Azrbaycan vətəndaşının xarici dövlətin vətəndaşlığını əldə  etdiyi tarix, xarici dövlətin vətəndaşlığını təsdiq edən pasportun və ya digər sərhədkeçmə sənədin seriyası və nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il), ərizəni şəxsin qanuni  nümayəndəsi verirsə, onun soyadı, adı və atasının adı, doğulduğu tarix (gün, ay, il), doğulduğu yer, vətəndaşlığı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi,imzası, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədin nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il), kim tərəfindən verilməsi qeyd olunmalıdır.

Ərizə-anket formasında xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının onunla  birlikdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş yetkinlik yaşına çatmayan uşaqlarının soyadı, adı və atasının adı, doğum tarixi, (gün, ay, il), doğum yeri, pasportunun və ya digər sərhədkeçmə sənədinin (pasportu olmayan şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin) seriyası və nömrəsi də yer almalıdır.

Sənəddə xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının Azərbaycanda və xarici dövlətdə qeydiyyatda olduğu və hazırda yaşadığı yerin ünvanı, telefon nömrəsi (ev, mobil, olduğu halda iş) və elektron poçt ünvanı da qeyd olunmalıdır.

əsas linklər