
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Minskdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı toplantı keçirəcəklər.
ANS PRESS-in məlumatına görə, bui barədə amerikalı həmsədr Ceyms Uorlik öz Twitter mikrobloqunda yazıb.
"Bu gün Minskdə Belarusun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsilə bağlı toplantıya qatılmaqdan mənnunam", - deyə yazıda bildirilir.
Hər zaman öz təxribatçı əməlləri ilə danışıqlar prosesini pozmağa çalışan erməni tərəfindən bu dəfə də eyni addım izlənib.
Bu gün yayılan məlumatda düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.
Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!