
"Ermənistanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe səhvdir və yanlışdır."
ANS PRESS-in məlumatına görə, bunu ötən gün İrəvanda Avronestin parlament məclisinin həmsədri, Ukraynanın "Batkivşina" Partiyasının üzvü Boris Tarasyuk deyib.
O növbəti dəfə bildirib ki, Ermənistan Ukraynada Qolodomoru tanımalıdır. Məsələ ondan ibarətdir ki, əgər Ukrayna Stalinin siyasətindən narazıdırsa, onda müttəfiq respublikaların çəkilmiş sərhədlərini niyə tanıyır?! Onun sözlərinə görə, bu sərhədlər "toxunulmazdır".
B.Tarasyuk vurğulayıb ki, bu, təkcə mənim mövqeyim deyil, bütün dünyanın mövqeyidir. Sovet İttifaqının dağılmasından sonra ölkələrə varis qalan sərhədlər toxunulmaz elan edilib. Mən tarixi yaxşı dərk edirəm. Biz dəqiq mövqeyə malikik və hesab edirik ki, Dağlıq Qarabağın münaqişəsində Ermənistanın mövqeyi səhvdir. Bu, mənim sizə dediyim rəsmi mövqeyimdir."
Xatırladaq ki, Qolodomor ukrayna dilindəki iki sözdən – "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlib. 1932-1933-cü illərdə sovet kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırım aktıdır.