
Türkiyə hərb tarixinin ən önəmli simalarından biri və Azərbaycan üçün də gərəkli addımlar atmış Ənvər paşanın nəvəsi Osman Mayatepek aprelin 2-də ilk dəfə olaraq Azərbaycana gələcək.
Modern.az saytının məlumatına görə Osman Mayatepek Azərbaycana səfəri çərçivəsində media nümayəndələri və tarixçilərlə görüş keçirəcək.
Qeyd edək ki, Osman Mayatepek babası Ənvər paşa haqqında kitab çap edib.
“Dədəm Ənvər paşa” adlanan kitabda müharibə illərinin hərbi naziri olmuaş Ənvər paşa haqqında ayrı-ayrı mənbələrdə rast gəlinən tarixi yanlışlıqlar qabardılıb və onların düzgün variantları diqqətə çatdırılıb.
Osman Mayatepek bir müddət öncə Modern.az-a müsahibəsində bildirmişdi ki, kitabının təqdimat mərasimi Türkiyədən sonra, Bakıda da keçiriləcək.
Ənvər paşa Türkiyənın hərbı naziri olub. Məhz onun dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevık və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.