Suriyada daha bir azərbaycanlı həlak olub

Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan daha bir azərbaycanlə həlak olub.

 “Azad Suriya Ordusu”nun tərkibində döyüşən azərbaycanlılardan olan Zaqatalanın Muxax kənd saklinlərindən daha bir nəfər Məhəmmədov Vahid Məhəmməd oğlu Suriyadakı döyüşlərdə həlak olub.

Anspress-in verdiyi məlumata görə silahlı birləşmələrə rəhbərlik etdiyi deyilən rayon sakini Vahid Məmmədovun yayımlanan videosunda o digər döyüşçülərə nisbətən fərqli geyimi və üzərində daha çox silah olması ilə seçilirdi.

Valideynləri onun hərbi xidmətdə olarkən xüsusi bölmədə hava hücumundan müdafiə sahəsində qulluq etdiyini bildirmişdilər. Ona məxsus hərbi biletdə də bu barədə rəsmi qeydiyyat aparılıb. 

Valideynləri bildirdilər ki, fevral ayında evdən çıxan Vahid Məmmədovdan martın 14-də iki sözdən ibarət axırıncı mesajı gəlib “Mən yaxşıyam”. Övladlarından soraq almayan valideynlər sonra youtubda onun görüntülərini izləyiblər.

əsas linklər