Erməni ordusu ölümü niyə danır?

Ermənistan ordusunun muzdlusu, 43 yaşlı Hayk Keşişoğluyanın ölümünün 4 gün ailəsindən gizlədilməsi İrəvanda yeni məhkəmə qalmaqalına səbəb olub. 

ANS PRESS-in məlumatına görə, Aparan rayonunun Niqavan kəndirin icra nümayəndəsi Artaşes Qalstyan bildirib ki, Hayk Keşişoğluyan aprelin 3-də öldürülsə də ailəsinə məlumat aprelin 7-də verilib. Ermənistan İstintaq Komitəsi məlumat yayıb ki, Hayk Keşişoğluyan cəbhədə qarşı tərəfin açdığı atəşdən dünyasını dəyişib. 

Ermənistan mətbuatının yazdığına görə, Ermənistan Müdafiə Nazirliyi faktla bağlı heç bir açıqlama verməyib. Artaşes Qalstyanın dediyinə görə, böyk ehtimalla Murovda postda həlak olmuş erməni muzdlunun meyiti iki gün dərədə qalıb və düşmən əsgərlə qorxudan onu çıxara bilməyib. 

Qalstyanın dediyinə görə, Serj Sarkisyan rejimi tərəfindən verilən 120-130 dollar müqabilində Azərbaycan ərazisini işğal etməyə gələn erməni muzdlusunun ailəsinin vəziyyəti həddindən ağırdır. Onun üç uşağı qalıb - biri atası kimi Azərbaycan ərazisinin işğal edən Ermənistan ordusunun sıralarında Xankəndidədir, yəqin taley idə atasınınkına bənzəyəcək. İkincisi isə Rusiyaya hərbi məktəbə yola salınıb, üçüncüsü isə orta məktəbdə oxuyur. 

Yəni Keşişoğluyanlar da hakim “Qarabağ” klanının iddialarına qurban getmiş növbəti erməni ailəsidir. 

əsas linklər