Urmiya gölü ilə bağlı işçi qrupu yaradıldı

 

İran hökuməti Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün işçi qrupu yaradıb.
İran Nazirlər Kabinetinin yeni tərkibinin avqustun 18-də keçirilmiş ilk iclasında belə bir qərar qəbul edilib. İşçi qrupuna İranın Energetika və Kənd təsərrüfatı nazirliklərinin, həmçinin Ətraf mühit və Ekologiya İdarəsinin, eyni zamanda Planlaşdırma və Strateji Nəzarət İdarəsinin nümayəndələri daxildir.
 
Onlara iki ay ərzində bundan əvvəl aparılmış araşdırmaları və görülmüş işləri nəzərə alaraq yekun sənəd hazırlamaq tapşırılıb.

 

 

əsas linklər