Azərbaycanlılar İsveç parlamenti qarşısında etiraz aksiyası keçiriblər

İsveçdə yaşayan azərbaycanlılar İsveç parlamenti qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə APA-ya Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) İsveç nümayəndəliyinin rəhbəri Səməd Fərtaş məlumat verib.
Onun sözlərinə görə, aksiya hazırda İran həbsxanalarında qondarma ittihamlarla cəza çəkən azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi daşıyıb.
İsveç polisi ilə razılaşdırılmış aksiyada İran əleyhinə müxtəlif şüarlar səsləndirilib, hökumətin azərbaycanlı fəallara qarşı həyata keçirdiyi təqib və təzyiq siyasəti, qeyri-qanuni həbslər pislənilib. Piketə əl-Əhvaz ərəbləri də dəstək verib. Aksiyada Azərbaycan Federasiyası İsveç (AFİ), Güney Azərbaycan İnsan Haqları Mərkəzi və əl-Əhvaz ərəblərinin bəyanatları oxunub, müxtəlif çıxışlar olub və İran həbsxanalarında saxlanılan siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması istənilib.

əsas linklər