Uorlik Serjlə dua etdi

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Vaşinqtonda “sülh və ədalət üçün dua” adlı mərasimdə iştirak edib.

Həmsədr bu barədə öz Twitter səhifəsində qeyd edib. C.Uorlik bildirib ki, mərasimə Ermənistan prezidenti Serj Sarkisyan da qatılıb:

“Natl kilsəsində “sülh və ədalət üçün dua” mərasiminə qatılmaqdan şərəf duyuram. Mərasimə ABŞ-ın vitse-prezidenti Cozef Bayden, ABŞ-ın BMT-dəki səfiri Samanta Pouer və Ermənistan prezidenti Serj Sarkisyan iştirak edib", - deyə həmsədr yazıb.

Qeyd edək ki, Ermənistan prezidenti ABŞ-da səfərdir. Serj Sarkisyan səfəri çərçivəsində C.Uorliklə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqqında müzakirə aparıb./ans/

əsas linklər