
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam prezidentini və xanımı May Thi Hanı hava limanında Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Ali qonaq aeroportda Vyetnamın Azərbaycanda fəaliyyət göstərən diasporunun üzvləri tərəfindən coşqu ilə qarşılanıb./apa/