Gürcüstan XİN saxlanılan azərbaycanlının taleyi ilə bağlı Ermənistanla danışıqlar aparır

 

Məlumata görə, Sadaxlı rayonunun Burma kənd sakini Allahverdi Pələngov öz iki erməni tanışı ilə Gürcüstan-Ermənistan sərhədinin neytral zonasında saxlanılıb. Oradan o, Yerevana göndərilib, onun tanışları isə azad olunub.

Gürcüstan polisi həbs edilən şəxsin ailəsinin müraciətindən sonra tədbirlər görməyə başlayıb. Polislər Pələngovun xanımı, oğlu Kənan və digər hadisə şahidlərindən ifadələr alıblar.

Gürcüstan DİN-dən bildirilib ki, hazırkı mərhələdə məlum olub ki, Pələngov Ermənistan sərhədini qanunsuz keçdiyinə görə saxlanılıb.

Gürcüstan XİN danışıqların gedişini şərh etməyib.

əsas linklər