
Bu barədə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz bildirib.
Onun sözlərinə görə, Cilvəgözü şəhəri yaxınlığında Türkiyənin hava məkanına daxil olan Suriya helikopteri beş dəqiqə sonra saat 16.04-də vurulub.
Nazirin sözlərinə görə, Türkiyə Hərbi-Hava Qüvvələri üzərilərinə qoyulan vəzifəni lazımi qaydada icra edərək mümkün təhlükəni aradan qaldırıb.
Suriya tərəfi, öz növbəsində, sərhəd yaxınlığında kiçik pilotsuz təyyarənin vurulduğunu iddia edir./apa/