Azərbaycan “Yaşıl kart” sisteminə qoşuldu

Azərbaycan "Yaşıl kart" - nəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyəti sığortası beynəlxalq sisteminə qoşuldu.

Trend-in məlumatına əsasən, bu barədə İcbari Sığorta Bürosunun xəbərində deyilir.

Azərbaycanın sistemə daxil olunması barədə qərar dünən “Yaşıl kart” sisteminin Büro Şurasının Baş assambleyasının Polşada keçirilən növbəti iclasında qəbul edilib.

Azərbaycanda sistem 2016-cı il yanvarın 1-dən işə düşəcək.

əsas linklər