İranda 13 yaşlı azərbaycanlı qız girov saxlanılıb

İranda 13 yaşlı azərbaycanlı qız girov saxlanılıb

İrana müalicə məqsədilə aparılmış 13 aylıq Yusifli Zeynab Novruz qızı bu ölkənin Təbriz şəhərində yerləşən “Bimaristani ku dekan” xəstəxanası tərəfindən pula görə girov saxlanılıb.

 

Bunu “Marja”ya uşağın babası İntizam Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Zeynəbi sağalda bilməyən İran xəstəxanası uşağı aparmağı bildirib. Onlar tərəfindən xəstəxanaya bütün xidmət haqları ödənilib. Xəstənin yaxınları təcili yardım avtomobili çağırarq onu Azərbaycana yola salmağa hazırlaşıblar. Lakin sonradan xəstəxana fikirini dəyişərək, uşağı yaxınlarına verməkdən imtina edib. Xəstənin yaxınlarına bildirilib ki, uşaq süni nəfəs aparatına qoşulub və vəfat edənə qədər həmin aparata bağlı qalmalıdır. Bu aparatın günlük rüsumi isə 600 dollardır. Bundan başqa xəstəxana əlavə 2500 dollar da tələb edirək onlara sənədlərini vermir.

 

 Zeynab Yusiflinin atası İranda polis idarəsinə gedərək izahat yazaraq məsuliyyəti öz üzərinə götürmək istəsə də, onun bu cəhti qəbul edilməyib.

 

İntizam Hacıyev bildirib ki, onların istəyi xəstə uşağın yaxınlarına təhfil verilməsidir. Xəstənin nə vaxt dünyasını dəyişəcəyini həç kəs deyə bilməz. Onların hər gün üçün aparata görə 600 dollar pul ödəməyə imkanları yoxdur.

 

 Xəstəni aparan şəxslər, Təbrizdə Azərbaycan konsulluğuna müraciət etsələr də, onlar kömək edə bilməyəcəyini deyiblər.

 

 Xəstənin babası bildirib ki, Bakıda uşaq səhv müalicə edildiyindən komaya düşüb. Bunu İran həkimləri də təsdiqləyiblər. Uşağa çoxlu sayda antibiotik  vurulduğundan  onun  başına su yığılıb.

 

Qeyd edək ki, şiddətli qarın ağrılarından əziyyət çəkən Yusifli Zeynab Novruz qızı  Bakıda Qarayev adına Uşaq Xəstəxanasına aparılıb. Burada  həkimlər, uşağı müalicə edə bilməyəcəklərini bildiriblər. Sonradan xəstə uşaq İrana Təbriz şəhərinə yola salınıb.

əsas linklər