
APA-nın məlumatına görə, dünya və Avropa çempionu Taha Akgül güləşin çox populyar olduğu Azərbaycanda çempion olmağın çox sevindirici olduğunu dilə gətirib: “Ölkəmizin bayrağını son gündə dalğalandırdım. Azərbaycanlı qardaşlarımızla birlikdə İstiqlal Marşını oxumaq digər yarışlardan daha önəmli idi. İndi əsas məqsədim olimpiya çempionu olmaqdır”.
Qeyd edək ki, Taha Akgül I Avropa Oyunlarındakı qələbə sevincini Azərbaycan və Türkiyə bayraqlarını birgə dalğalandırmaqla yaşayıb.