“Bakı-2015”də 9-cu günün yarışları başladı

Bakı-2015" I Avropa Oyunlarının 9-cu günü başlayıb.

ANS PRESS-in məlumatına görə, 9-cu gündə 6 idman növündə 18 dəst medal öz sahibini tapacaq.

Artıq saat 09:00-dan etibarən qadınlar arasında atıcılıq (25 metrdən tapança ilə atəş və dairəvi stend) və kişilər arasında voleybol (Fransa-Türkiyə), kamandan oxatma, atıcılıq (50 metrdən tapança ilə atəş, dairəvi stend və təsnifat) oyunları başlayıb. 

Bir saat sonra, yəni 10:00-da isə qadınlar arasında suya tullanma, çimərlik voleybolu (final) və kişilər arasında suya tullanma, çimərlik voleybolu yarışları keçiriləcək.

Digər oyunların keçirilmə vaxtları isə belədir:
11:00. Voleybol
Kişilər, B qrupu
Slovakiya - Belçika
Bakı Kristal Zalı

12:00. Şosse velosipedi idmanı
Qadınlar, sosse yürüşü

12:00 Su polosu
Qadınlar, 9-cu yer uğrunda
Serbiya - Fransa
Vaterpol Arenası

12:30. Boks
1/8 final
Qadınlar, 54 kq, 64 kq
Kişilər, 52 kq, 60 kq, 69 kq, +91 kq
Bakı Kristal Zalı

13:30. Su polosu
Qadınlar, 7-ci yer uğrunda
Slovakiya - Almaniya
Vaterpol Arenası

14:30. Voleybol
Kişilər, A qrupu
Serbiya - Finlandiya
Bakı Kristal Zalı

15:00. Su polosu
Qadınlar, 5-ci yer uğrunda
Hollandiya - Macarıstan
Vaterpol Arenası

16:00. İdman gimnastikası
Kişilər və qadınlar
Ayrı-ayrı hərəkətlərdə fərdi yarışlar
Milli Gimnastika Arenası

16:30. Voleybol
Kişilər, B qrupu
Rusiya - Bolqarıstan
Bakı Kristal Zalı

18:00. Su polosu
Qadınlar, 3-cü yer uğrunda
İtaliya - Yunanıstan
Vaterpol Arenası

19:30. Su polosu
Qadınlar, 1-ci yer uğrunda
Rusiya - İspaniya
Vaterpol Arenası

20:00. Voleybol
Kişilər, A qrupu
Polşa - Azərbaycan
Bakı Kristal Zalı

22:00. Voleybol
Kişilər, B qrupu
Almaniya - İtaliya
Bakı Kristal Zalı

əsas linklər