
Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq (siyasətçi) Vüqar Abbasovun, GünAz TV mətbuat mərkəzinə müsahibəsi
-Vüqar bəy, bu günlərdə Hollandiya mətbuatında Azərbaycanda keçiriləcək seçkilərlə bağlı məqaləniz çap olundu. Bu barədə nə deyə bilərsiniz?
-Niderlandlı (Hollandiya) dostlarım, siyasətlə maraqlananlar, məndən vaxtaşırı ölkəmizin hazırkı durumu, prezident seçkiləri və.s. soruşur, suallar verirdilər. Mən də bunları ümumiləşdirərək bir yazı ilə çıxış etməyə qərar verdim. Orda həm də Azərbaycanın şərqin ilk demokratik respublikası olmasına, müstəqilliyin bizə heç də asan başa gəlməməsinə, 20 Yanvar (january), Xocalı soyqrımlarına yer vermiş, müstəqilliyin xalqımıza asan başa gəlmədiyini qeyd etmişdim. Təbii ki, oktyabrda (october) keçiriləcək seçkilərə də diqqət vermişdim. Yazıda müstəqilliyimizin ilk günündən bu günə kimi olan prezidentlər barədə qısa məlumat vermiş və hazırki prezident İlham Əliyevin namizədliyinin üçüncü dəfə irəli sürməsini qeyd etmişdim. Eləcədə müxalifətimin Milli Şura yaratdığını və Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi olduğunu yazmışdım. İbrahimbəyovun yaxşı rejissor, ssenarist olmasından, onun ssenarisi əsasında çəkilmiş bir filmin (“Günəşdən usanmışlar”) Oskar almasından yazmışdım. Həm də onu qeyd etmişdim ki, İbrahimbəyovun bu seçkilərdə uğur qazanacağına inanmıram.
-Ümumiyyətlə, məqalə necə qarşılandı?
- Ən azından niderlandlı dostlarımın suallarından canımı qurtardım (gülümsəyir). Mənim facebook sosial şəbəkəsində olan dostlarım yazını oxuyurdular, bəziləri öz səhifələrində paylaşdılar. Qeyd edim ki, mənim fb dostlarım içərisində Niderland Parlamentinin millət vəkilləri də var ki, mən həm də bu vasitə ilə ölkəmizlə bağlı həqiqətləri, öz düşüncələrimi onlara çatdırmış oldum. Düzünü deyim ki, mənimlə bu yazı barədə mübahisə edənlər də tapıldı. Onların məntiqinə görə, mən prezident seçkilərini bəhanə edərək ölkəmizlə bağlı təbliğat aparmış, erməniləri vəhşi kimi təqdim etməyə çalışmışam. Mənim isə onlara məsləhətim belə oldu ki, tarixi, çox da uzaq olmayan tarixi oxusunlar. Burda bir şeyi qeyd etmək istəyirəm ki, təəssüf ki, dediklərimizi sübut edəcək faktları dünyaya çıxarmaqda hələ də fəaliyyətimiz yox dərəcəsindədir. Bu günlərdə abunəçisi olduğum bir jurnalda erməni disaporu tərəfindən hazırlanmış “Aramın gündəliyi” (“Het dagboek van Aram”) kitabını barədə məlumata rast gəldim. Kitab 1915 – ci ildəki “erməni genosidi”ndən bəhs olunur. Jurnalın arxasında verilmiş sualların cavabını tapana həmən kitab hədiyyə kimi təqdim edəcəkləri qeyd olunub (bu günlərdə bu barədə yazı hazırlamağı da düşünürəm). Təsəvvür edin ki, hansı vasitələrdən istifadə edirlər. Biz isə boş-boş mitinqlər edir, pafoslu nitqlər söyləyirik və.s. Bizim etdiklərimiz bir gün sonra unudulur, bu kitab isə qalacaq. Bu cür kitabları oxuyanların isə təbii ki, mənim yazdıqlarıma sərt reaksiya (əksüləməl) verməsi hardasa başa düşüləndir.
-Bildiyimiz qədər məqalə çap olunundan bir neçə saat sonra,sayt hakerlərin hücumuna məruz qaldı. Saytın hansı ünvalardan haker hücumuna məruz qaldığı haqqında xəbərlər nə yerdədir?
-Doğrudur, sayt hücumlara məruz qalıb və dağıdılıb. Mən sayt rəhbərliyinə bu barədə sual verdim və o bunu təsdiq etdi. Ancaq mənə məlum deyil ki, sayt konkret(dəqiq) olaraq kimlər tərəfindən və nə məqsədə dağıdılıb.
-Hollandiya mətbuatında Azərbaycanla bağlı məqalə və ya xəbərlərə yer verilirmi? Siz bununla bağlı hansısa araşdırma aparmısınızmı?.
-Təbii ki, imkan daxilində ölkəmizlə bağlı materialları izləməyə çalışıram. Niderland mətbuatı ölkəmizə o qədər də diqqət ayırmır. Kokret hansısa məsələyə münasibət bildirə, yaxud xəbər kimi verə bilərlər ki, buna da çox rast gəlinmir. Arada Azərbaycanın hazırkı iqtidarı barədə tənqidi yazılar verirlər. Bu isə, dediyim kimi, müntəzəm deyil. Avrovizion vaxtı çox yazılara, veriliş və süjetlərə rast gəlmək mümkün idi. Niderland mətbuatında Azərbaycan adına rast gəlmək istəyiriksə, bununla bağlı iş görməliyik. Məhşur lətifədə olduğu kimi, öncə lotereya(uduş kağızı) alıb, sonra uduş üçün dua etmək lazımdır.