Yerevandakı qarşıdurmada 18 nəfər yaralanıb

İyunun 23-də səhər saatlarında Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin dağıdılması zamanı 18 nəfər xəsarət alıb. 

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, qarşıdurmada yaralanan 7 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Oturaq aksiya keçirən etirazçıların dağıdılması zamanı 11 polis əməkdaşının da müxtəlif xəsarətləri aldığı bildirilir. 

əsas linklər