AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib
Pedro Aqramuntu başqa bir ispaniyalı parlamentar əvəzləyib.

Bu gün Avropa Şurası Parlament Assambleyasının AŞPA ) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.  

Qeyd edək ki, Aqustin Konde də Pedro Aqramunt kimi AŞPA -da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.

əsas linklər