
İcazəsiz etiraz aksiyasının 30-a yaxın iştirakçısı Yerevanın mərkəzindəki Azadlıq meydanında gecələyib.
Ovi adlı fəal etiraz əlaməti olaraq ağzını sapla tikib.
O, yemək yeyə və danışa bilmir, ancaq su içə bilir: “Özümü normal hiss edirəm, çox ağrımıram”.
Etiraz liderlərindən biri David Sanarsaryan da aclıq aksiyasını davam etdirir. Ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan zaman başından zədə alan D.Sanarsaryan xəstəxanaya yerləşdirilib.
Axşam fəal yenidən etirazçılara qoşularaq gecəni Azadlıq meydanında keçirib./trend/